Sentyabrın 1-dən Moskva və Moskva vilayətində “Əminə” mobil əlavəsindən istifadə etməklə əcnəbi vətəndaşların miqrasiya məqsədilə qeydiyyata alınması üçün eksperimentə başlanılacaq. Yeni mexanizm mövcud uçot prosedurunu əvəz etməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Çoxfunksiyalı Miqrasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, ərizə regiona işləmək üçün gələn Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna vətəndaşları üçün məcburi olacaq:
“Əminə” yaşayış yerini və onun dəyişdirilməsi barədə distant şəkildə Daxili İşlər Nazirliyinə məlumat verməyə, həmçinin şəxsi səfər etmədən miqrasiya mərkəzinin ünvanında qeydiyyatdan keçməyə imkan verəcək”.
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...
- Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi...