Bakıda qadın bıçaqla blogerin evinə gələrək onu hədələdi - FOTO

11:34 - 4 Sentyabr 2025 - HADİSƏ

 Bakıda qadın bıçaqla blogerin evinə gələrək onu hədələdi - FOTO

Populyar bloqer Hüseyn Həsənov Bakıda başına gəlmiş şokedici insident barədə məlumat verib.

BUTA.TV  xəbər verir ki, bu barədə o, "Instagram" hesabında məlumat paylaşıb. Məlumata görə, evinə əlində bıçaqla gələn qadın onu öldürməklə hədələyərək, qapını döyməyə başlayıb. Qeyd olunur ki, bloqer polisə zəng etməyə məcbur olub.

Həsənovun sözlərinə görə, həmin qadın sosial şəbəkədə ona bir neçə ay yazırmış:

"Onun mesajlarını başa düşmürdüm. Bu gün o, evimə bıçaqla gəldi. Onun həyatını puç etməmək üçün üzünü gizlətmək qərarına gəldim".

"Sən sevgili tapa bilmirsən, çünki sənin ruhun hələ də mənə bağlıdır", - deyə naməlum qadın iddia edib. O, bloqerdən başqaları ilə münasibət qurmamağı tələb edib və itaətsizlik halında onu öldürməklə hədələyib.

"Mən onun kim olduğunu bilmirəm. Ən çox bunu görməli olan uşaqlar üçün qorxuram. Əgər onun yaxınlarından kimsə bu sözləri oxuyursa, söhbətin kimdən getdiyini başa düşürsə, zəhmət olmasa, onu ​​klinikaya göndərsin. Onun köməyə ehtiyacı var", - deyə Həsənov əlavə edib./Oxu.az


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol