Populyar bloqer Hüseyn Həsənov Bakıda başına gəlmiş şokedici insident barədə məlumat verib.
BUTA.TV xəbər verir ki, bu barədə o, "Instagram" hesabında məlumat paylaşıb. Məlumata görə, evinə əlində bıçaqla gələn qadın onu öldürməklə hədələyərək, qapını döyməyə başlayıb. Qeyd olunur ki, bloqer polisə zəng etməyə məcbur olub.
Həsənovun sözlərinə görə, həmin qadın sosial şəbəkədə ona bir neçə ay yazırmış:
"Onun mesajlarını başa düşmürdüm. Bu gün o, evimə bıçaqla gəldi. Onun həyatını puç etməmək üçün üzünü gizlətmək qərarına gəldim".
"Sən sevgili tapa bilmirsən, çünki sənin ruhun hələ də mənə bağlıdır", - deyə naməlum qadın iddia edib. O, bloqerdən başqaları ilə münasibət qurmamağı tələb edib və itaətsizlik halında onu öldürməklə hədələyib.
"Mən onun kim olduğunu bilmirəm. Ən çox bunu görməli olan uşaqlar üçün qorxuram. Əgər onun yaxınlarından kimsə bu sözləri oxuyursa, söhbətin kimdən getdiyini başa düşürsə, zəhmət olmasa, onu klinikaya göndərsin. Onun köməyə ehtiyacı var", - deyə Həsənov əlavə edib./Oxu.az
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...
- Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi...
- Oman sahillərində tanker yandı: itkilər var - Video
- Ordumuz Xəzərdə “düşməni” məhv etdi - Foto
- “Highland Residence”də mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
- Məktəblərdə dərsliklər yığılır