Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Nazir “Tramp yolu” layihəsi (vəya Zəngəzur dəhlizi) ilə bağlı bildirib ki, yaxın günlərdə Ermənistanda müxtəlif nümayəndə heyətlərinin səfəri gözlənilir. Söhbət ABŞ ilə yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ankaranın xüsusi nümayəndəsi Sərdar Kılıçın Ermənistana səfərindən gedir.
“Əslində, praktiki mərhələdəyik. Mehri və Qafan (Qərbi Zəngəzur - red.) sakinləri hər gün dağların dağıdıldığını, yeni yolun çəkildiyini görürlər”, - nazir qeyd edib.
Papoyan əlavə edib ki, amerikalılar da gələrək durumla tanış olacaq, yerdə hesablamalar aparacaq: “Bununla praktiki mərhələyə qədəm qoyacağıq, nəticədə Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək”.
Nazir vurğulayıb ki, yolların açılması Ermənistanın “iqtisadi ciyərlər”ini də açacaq: “Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də mövcud quru sərhədlərinin 75 faizi bağlıdır”.
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...
- Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi...
- Oman sahillərində tanker yandı: itkilər var - Video
- Ordumuz Xəzərdə “düşməni” məhv etdi - Foto
- “Highland Residence”də mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
- Məktəblərdə dərsliklər yığılır
- “Son zəng”lə bağlı daha bir açıqlama: Bunlar qadağandır!