ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, o, Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı niyyətlərini yanlış qiymətləndirib.
BUTA TV xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
"Ukraynada müharibəyə son qoymaq vədlərinə baxmayaraq, Tramp son vaxtlar Putinə təsir etmək qabiliyyətinə şübhə etdiyini bildirib. Tramp etibarlı adamlarına etiraf edib ki, o, Putinin sülh istədiyini səhv qiymətləndirib", - mənbə bildirib.
Qeyd olunub ki, buna baxmayaraq, ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən yayınmağa davam edir:
"O, sanksiya tətbiqi ilə bağlı yeni şərtləri açıqlayıb: Avropa nəinki Rusiya neftini almağı dayandırmalı, həm də Çinlə tammiqyaslı ticarət müharibəsinə başlamalıdır. Yalnız bu şərtlər yerinə yetirildikdən sonra o, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz verəcək".
- Ərinin qətlini sifariş verən qadına ağır cəza - Foto
- Urmiya gölü ilə bağlı şad xəbər
- Marketlərdə bu məhsullar kəskin bahalaşdı
- Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
- Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi
- Bakıda 33 dərəcə isti olacaq