Ermənilər Zəngəzur və Göyçə bölgəsini tədricən tərk edir.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Ermənistan mediası bu bölgələrdəki vəziyyəti öyrənməyə çalışıb. Geqarkunik (Göyçə mahalı) rayonunun Sotk ərazisinin rəhbəri Sevak Xaçatryan bölgədə işsizlik probleminin olduğunu dilə gətirib.
Tavuş rayonunun Movses kəndinin inzibati rəhbəri Aşot Poladyan da işsizlikdən əziyyət çəkdiklərini deyib. Bildirib ki, kəndi tərk edənlər azdır, lakin işləmək üçün tez-tez xaricə üz tutanlar da var: “Təkcə kənddə yox, ümumilikdə bölgədə işsizlik problemi ciddidir”.
Zəngəzurun Xnatsax (Xanazax) qəsəbəsinin inzibati rəhbəri Seyran Mirzoyan isə insanların ərazini tərk etdiyini bildirib. O, kəndin boşalması haqda deyilənlərin doğru olmadığını deyib, lakin əlavə edib ki, “zaman-zaman gedənlər olur”.
Onun sözlərinə görə, hazırda qəsəbədə 130 ev var, halbuki, bir neçə il öncəyə qədər bu say 145 idi: “Sonuncu dəfə 3 ay əvvəl gedənlər olub. Gedənlərin də əsas səbəbi işsizlikdir”.
Ermənistanda sosial-demoqrafik vəziyyətin kəskinləşməsi, xüsusilə tarixi torpaqlarımız olan Qərbi Zəngəzur, Göyçə və digər bölgələrdə bunların yaşanması Azərbaycanın strateji maraqlarına uyğundur. Çünki tarixi torpaqlarımızda məskunlaşan ermənilərin getməsi Qərbi Azərbaycana qayıdış planında sərfəli ola bilər.
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?