Rusiyanın Dövlət Dumasının deputatı Vitali Milonov yaxın qohumlar – xüsusilə də əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaxızı arasında nikahların qadağan olunmasını təklif edib. Deputat hesab edir ki, belə evliliklər həm mənəvi baxımdan yolverilməzdir, həm də genetik mutasiyalara və xəstə uşaqların doğulmasına səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, Milonov bu təşəbbüsü Azərbaycan təcrübəsinə istinadən irəli sürüb.
“Hərçənd Azərbaycan bizim super dostumuz deyil, amma bu məsələdə onlar millətin sağlamlığını qorumağa çalışırlar. Ona görə də biz də geri qalmamalıyıq”, - o qeyd edib.
Nihad Tahirov
- Ərinin qətlini sifariş verən qadına ağır cəza - Foto
- Urmiya gölü ilə bağlı şad xəbər
- Marketlərdə bu məhsullar kəskin bahalaşdı
- Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
- Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi
- Bakıda 33 dərəcə isti olacaq