Gürcüstan Azərbaycana olan tarixi borcunu ödəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrda Gürcüstan 2004-cü ilin iyulunda Paris Klubu kreditorları ilə razılaşmanın bir hissəsi kimi restrukturizasiya olunmuş qalan xarici borcunu tam ödəyib. Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderlanda da borclar ödənilib.
Bildirilib ki, bütün bu borclar Gürcüstan müstəqillik əldə etdikdən sonra ilk illərdə yaranan xarici öhdəliklərə aid idi. Bu, Gürcüstanın 1999-cu ilə qədər götürdüyü 160 milyon dollar, o cümlədən 1999-cu ildən 2004-cü ilin may ayına qədər yığılmış borclar üzrə faizlər və 2004-2006-cı illərdə ödənilməli olan borclardır, ümumilikdə 225 milyon dollardan çoxdur.
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?