ABŞ Dövlət Departamenti Ermənistanla bağlı səyahət tövsiyəsini yeniləyərək, Azərbaycanla sərhəddə təhlükənin artdığını açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.
Sentyabrın əvvəlində saytda yenilənən “Ermənistana səyahət məsləhəti” (Armenia Travel Advisory) hissəsində xüsusilə Azərbaycanla sərhəd bölgələr “riskli ərazilər” kimi qeyd olunub.
Bildirilir ki, bu zonalarda uzun illərdir davam edən münaqişə səbəbindən hər an silahlı toqquşma riski yarana bilər.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, həmçinin üçtərəfli memorandum imzalanıb. Bu sazişlərin imzalandığı və uzun müddətdir sərhəddə heç bir insident olmadığı halda ABŞ Dövlət Departtamentinin bu xəbərdarlığı qəribə təsir bağışlayır.
- Ərinin qətlini sifariş verən qadına ağır cəza - Foto
- Urmiya gölü ilə bağlı şad xəbər
- Marketlərdə bu məhsullar kəskin bahalaşdı
- Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
- Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi
- Bakıda 33 dərəcə isti olacaq