"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməlidir. Eyni zamanda, Komissiya proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
- Ərinin qətlini sifariş verən qadına ağır cəza - Foto
- Urmiya gölü ilə bağlı şad xəbər
- Marketlərdə bu məhsullar kəskin bahalaşdı
- Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
- Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi
- Bakıda 33 dərəcə isti olacaq