Ermənistanın ədliyyə naziri Srbui Qalyan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, o, jurnalistlərlə söhbətində Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması barədə suala da cavab verib.
Ermənistan Konstitusiyası ilə bağlı dəyişikliklərə toxunan Srbui Qalyan qeyd edib:
“Müstəqillik Bəyannaməsinin qorunub saxlanılıb-saxlanamayacağından asılı olmayaraq, bu, tarixi reallıqdır. Yəni, “Üçüncü Respublika” yalnız Müstəqillik Bəyannaməsi sayəsində mövcud ola bilib və bu, tarixi sənəddir, tarixi reallıqdır”.
Xatırladaq ki, ədliyyə naziri bundan əvvəl bəyannaməyə istinadın Konstitusiyadan çıxarıla biləcəyini istisna etməmişdi. Ermənistan Baş naziri Nikol Paşinyan isə 2026-cı ildə tamamilə yeni Konstitusiyanın qəbul olunacağını açıqlayıb.
Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir.
- İlham Əliyev Keniya prezidentini təbrik etdi
- Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?
- Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...