Sentyabrın 26-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib.
BUTA.TV xəbər verir ki, məhkəmədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və Əhmədov Fərid Güloğlan oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.
Sənədlərin elanı ilə paralel olaraq bir sıra fotoşəkillər nümayiş etdirilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu
- Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı
- TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video
- Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...
- XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi
- Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən
- Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan
- Separatçıların İrəvandakı ofisi bağlanacaq