İrandan Azərbaycan vasitəsilə Gürcüstana yük maşınında 200 kiloqram heroin keçirmiş əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Tiflis Şəhər Məhkəməsi qərarla Gürcüstanın Baş Prokurorluğunun vəsatətini təmin edib.
Təqsirli bilinən İran vətəndaşının vəkili yerli mediaya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs özünü günahkar bilmir, belə ki, nə yük maşını, nə də yük ona aid olub.
İstintaqla yükün Bolqarıstana ixrac üçün nəzərdə tutulduğu müəyyən edilib.
Xatırladaq ki, külli miqdarda narkotik vasitə Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində balıq yemi ilə yüklənmiş yük maşınına keçirilmiş baxış zamanı 8 kisədə aşkarlanıb. Müsadirə edilmiş narkotik vasitənin “qara bazar”da dəyəri 50 milyon dollardan çoxdur.
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi
- Britaniyada matəm elan edildi
- Cabir İmanovla bağlı şok iddia yayıldı
- Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...
- Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı
- Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi