Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında olan mənzillərin ms.sosial.gov.az portalı vasitəsilə satışı davam edir.
BUTA.TV xəbər verir ki, yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.
Mənzillərdən almaq istəyən şəxslər qeyd edilən portalda almaq istədiyi mənzili seçərək onu “Bron et” düyməsini sıxmaqla bron edə bilər.
Satılan mənzillərin hər biri:
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb,
- Çıxarışlıdır və ipoteka krediti ilə də almağa uyğundur.
Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən birinə malik olmalıdır.
Bir mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. İlk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
Qeyd edək ki, satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.
Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
- Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
- Bakıda kişi dostunu öldürdü
- Bu nazirə yeni müşavir təyin edildi
- Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi
- Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
- İki maşın toqquşdu: ölənlər var - Video
- Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirdi
- 1 meyit başı üçün 7650 manat ödənilir - Video