Bakı-Ələt yolunda naməlum şəxslərin sürücüləri müxtəlif bəhanələrlə saxlayaraq pul tələb etdiyi bildirilir.
BUTA.TV Sfera.az-a istinadən xəbər verir ki, bu barədə iddialar Feysbuk sosial şəbəkəsindəki sürücü qruplarında paylaşılıb.
Paylaşımda qeyd olunur ki, son günlər xüsusilə Bakının çıxışında, Qaradağ postunu keçdikdən sonra bəzi avtomobillər tərəfindən sürücülər hədəf alınır. Bildirilir ki, həmin şəxslər “benzinim bitib”, “rayona təcili adam göndərməliyəm” kimi müxtəlif bəhanələr gətirərək pul istəyirlər. Paylaşım müəllifi eyni ərazidə bir neçə sürücünün bənzər halla üzləşdiyini iddia edib.
“Belə bir halla qarşılaşsanız, əsla avtomobildən düşməyin və sizi saxlayan maşının dövlət qeydiyyat nişanını dərhal hüquq-mühafizə orqanlarına bildirin. Xüsusilə ailəsi ilə yola çıxanlar diqqətli olmalıdır”, – deyə xəbərdarlıqda vurğulanıb.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
Digər bir sürücü isə şərh bölməsində analoji hadisə ilə rastlaşdığını yazıb:
“Dünən Ələt yolunda eyni hadisə mənim də başıma gəldi. Bir "Elantra" markalı avtomobil dayanmadan işıq siqnalı (marqat) edirdi. Düşündüm ki, bəlkə tanışdır. Pəncərəni açanda dedi ki, Gəncədən gəlirəm. Niyyətini anlayan kimi ‘işinlə məşğul ol’ deyib uzaqlaşdım. Yenə arxamca düşüb işıq siqnalı verməyə başladı. Maşında dörd nəfər idik, avtomobili sağa çəkib saxlamaq istəyəndə dərhal gözdən itdilər”.
Sürücülərə bu cür şübhəli hallarla rastlaşdıqda vaxt itirmədən "102" xidmətinə məlumat vermək tövsiyə olunur.
- Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
- Bakıda kişi dostunu öldürdü
- Bu nazirə yeni müşavir təyin edildi
- Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi
- Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
- İki maşın toqquşdu: ölənlər var - Video
- Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirdi
- 1 meyit başı üçün 7650 manat ödənilir - Video