“Kimliyindən asılı olmayaraq, qanunun prinsiplərini pozmuş şəxslər məsuliyyətə cəlb oluna bilərlər”.
“BUTA TV” xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Fuad Nəcəfli barəsində səsləndirilən ittihamlara münasibət bildirərkən deyib.
O bildirib ki, bu məsələdə böyük məbləğdə yeyintilər aşkar olunubsa, konkret olaraq sübutlar varsa, onda təəccüblü nəisə yoxdur: “Bu baxımdan da bütün hallarda toxunulmaz şəxslər yoxdur. İstənilən şəxsə qarşı bu cür lazımi səviyyədə sübutlar toplanmazsa, belə bir iddiaların səslənməsi inandırıcı olmaz. Təqsirsizlik prezumpsiyasına görə, hələ ki indidən bu məsələdə kimin yeyintidə nə qədər rolu olması, yaxud səhlənkarlıqla bağlı hansısa işin görülüb-görülməməsi, dövlət tapşırığının yerinə yetirilməsində rolunun olub-olmaması barədə fikir bildirmək doğru deyil. Bütün hallarda məhkəmə qərar verməlidir ki, həqiqətən kimin nə dərəcədə günahı var, o zaman bütün bunlar daha dəqiq ortaya çıxarılacaq”.
Qeyd: Baş Prokurorluqda "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərova cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı irəli sürlən ittihamlar 2018-2023-cü illəri əhatə edir. Ona qarşı irəli sürülən ittihamlarda Prezidentin Naxçıvan üzrə sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin də adı hallanır.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
- Bakıda kişi dostunu öldürdü
- Bu nazirə yeni müşavir təyin edildi
- Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi
- Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
- İki maşın toqquşdu: ölənlər var - Video
- Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirdi
- 1 meyit başı üçün 7650 manat ödənilir - Video