Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı vəzifəsindən azad edilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, icra hakimiyyətinin həmin əməkdaşları işlərini itiriblər. İşlərini itirənlər əsasən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar.
Məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsalar da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
Qeyd edək di, bundan əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib.
- Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
- Bakıda kişi dostunu öldürdü
- Bu nazirə yeni müşavir təyin edildi
- Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi
- Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
- İki maşın toqquşdu: ölənlər var - Video
- Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirdi
- 1 meyit başı üçün 7650 manat ödənilir - Video