Bakıda “Hunday” yandı - Video

14:39 - 10 İyun 2026 - GÜNDƏM

 Bakıda “Hunday” yandı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hunday” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yaxınlıqda yerləşən ağaclar yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol