Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumat verənlər cərimələnəcək.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 253-1.5-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə ediləcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik “Yaşıllıqların mühafizəsi haqqında” qanunda çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlarda kolların kəsilməsinə görə müəyyənləşəcək yeni qayda ilə bağlıdır. Kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilməlidir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı
- “Sədərək”də biznesmen bıçaqlandı
- Bakı metrosu ilə bağlı 180 milyonluq müqavilə... - Foto
- Bakının bu ərazisində yanğın başladı - Video