“Mediada, sosial şəbəkələrdə bəzi təkliflər səslənir ki, Dövlət Bakıda tikilmiş binaları yenidən yoxlasın. Məncə, məntiqsiz təklifdir. Azərbaycanda qanunla binalar yoxlanılandan sonra təhvil verilməlidir. Vaxtında bu yoxlamalar normal keçirilibsə, proses zamanı korrupsiya və rüşvət olmayıbsa, hər şey qaydasında olmalıdır. Ona görə də Azərbaycan reallığını nəzərə alsaq, əlavə yoxlamaların olacağı ilə bağlı qərar verilsə, düşünmürəm ki, vəziyyət düzələ bilər. Həmin qurumlara bu yoxlamalar tapşırılarsa, onlar yenə eyni qaydada – rüşvət və korrupsiya ilə məsələni həll edəcəklər, bu qərarın heç bir praktiki əhəmiyyəti olmayacaq”.
BUTA.TV-nin xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
“Bundan başqa tək Bakıda yüzlərlə təhvil-təslim aktı olmayan binalar var ki, illərdir vətəndaşlar orada yaşayır, dövlətdən kommunal xidmətlər alıb dəyərini ödəyir. Yəni, onsuz da dövlət o insanların yaşadığı yerə mülkiyyət hüququnu xidmət göstərib pul almaqla dolayısı ilə tanıyıb, amma bina təhvil verilməyib deyə onlar "kupça" ala bilmirlər. Yaxşı, bina yaşamaq üçün yararsız olduğu üçün akt verilmirsə, insanlar niyə orda yaşayır, yaşamaq üçün yararlıdırsa nədən onlara təhvil-təslim aktı verilmir?! Bina tikənlər rüşvət vermirlər deyəmi aktı ala bilmirlər?!” – N.Cəfərli qeyd edib.
- Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto
- İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan
- Ermənilər sərhəddə təxribata cəhd etdilər - Video
- Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
- Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi
- Türkiyə üçün ən böyük təhdid PKK yox, budur – Şərh
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi
- Azərbaycanda cərraha yüksək vəzifə verildi