Azərbaycan könüllüləri baş verən zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə Türkiyəyə yola düşüblər.
BUTA.TV xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri Naxçıvan Beynəlxalq Hava limanında qarşılandıqdan sonra Naxçıvan Gənclər Fondundan "Naxçıvan Könüllüləri" ilə birlikdə 100 nəfərdən ibarət heyət Türkiyəyə yola salınıb.
Azərbaycan könüllüləri öz türkiyəli həmkarlarına zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək edəcəklər.
- Şuşa ilə bağlı mühüm təklif: Bu qadağan edilir
- Lisey və gimnaziyalara qəbul başlayır
- Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
- Bakıda kişi dostunu öldürdü
- Bu nazirə yeni müşavir təyin edildi
- Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi
- Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
- İki maşın toqquşdu: ölənlər var - Video