Bu gün, saat 09:45 radələrində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus teplovoz Saatlı-Becar mənzilində hərəkətdə olarkən Sabirabad rayon sakininə məxsus VAZ 0126 markalı avtomobillə toqquşub.
BUTA.TV xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Qəşəm Gülhüseyn oğlu Hüseynov idarə etdiyi 90-BE-797 dövlət nömrə nişanlı VAZ 0126 markalı avtomobillə dəmiryol keçidini keçməyə cəhd edib. Maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Hadisə nəticəsində sürücü xəsarət alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən dünyasını dəyişib.
"Hazırda ADY-nin aidiyyəti əməkdaşları müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədir. Hadisə aidiyyəti üzrə araşdırılır.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
Nəqliyyat vasitələrinin sürücülərinə bir daha çağırış edərək bildiririk ki, “Yol hərəkəti haqqında” Qanunun 44-cü bəndinə əsasən, sürücülər dəmiryol keçidlərinə yaxınlaşarkən xəbərdarlıq nişanlarına riayət etməli, keçidə 10 m qalmış avtomobili saxlamalı, qatarın yaxınlaşmadığına əmin olmalı, yalnız bundan sonra hərəkət etməlidirlər.
Nəzərinizə çatdıraq ki, qanunun tələblərinə riayət etməyərək, dəmiryol keçidlərinə qəfil keçmə hallarında maşinist tərəfindən səs siqnalları verilərək tormozlanma aparılsa da, bu kimi hallar qaçılmaz olur", - məlumatda deyilir.
- Şuşa ilə bağlı mühüm təklif: Bu qadağan edilir
- Lisey və gimnaziyalara qəbul başlayır
- Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
- Bakıda kişi dostunu öldürdü
- Bu nazirə yeni müşavir təyin edildi
- Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi
- Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
- İki maşın toqquşdu: ölənlər var - Video