Təəssüf ki, dağıntı çox olduğuna görə, yerdə Türkiyə və Azərbaycan bayrağı çoxdur. Biz gördüklərimizi götürürük. Kağız üzərində belə bayraqlarımızın rəsmini görsək, onu qoparıb cibimizə qoyuruq. Bayraq bizim üçün ən dəyərli bir şeydir. İkisi də bizim üçün eynidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə televiziyasına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qrupunun üzvü Əhmədov Mirhüseyn deyib. O, Azərbaycanın Türkiyə ilə qardaş olduğunu bir daha vurğulayıb:
“Gördüklərimiz yetərincə sarsıdıcıdır. Beş gündür burdayıq, Azərbaycan qrupu şəklində işləyirik. 25-30 nəfər sağ insan çıxardıq. Çıxardıqlarımızın əksəriyyəti uşaq olduğu üçün bir az sarsıdıcıdır. İzah etmək mümkün deyil. Biz Türkiyənin yası bitənədək buradayıq. Azərbaycan-Türkiyə eyni qardaşdır, ora da yasdadır. 40 gün Türkiyə yasdadırsa, Azərbaycan da yasdadır. Ölənlərin ailələrinə başsağlığı diləyirik. Allah səbir versin. Vallah, başqa bir şey deməyə sözüm yoxdur”.
Qeyd edək ki, sözügedən video sosial şəbəkə hesablarında dəfələrlə paylaşılıb.
- Hüseyndən həbs xəbərlərinə reaksiya
- Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!
- Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto
- Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?
- BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər
- Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi
- Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi