Türkiyənin Foks TV-sinə açıqlama verən geofizik Tuncay Taymazın “Bakıdan Kiprə qədər tektonik yerdəyişmələr olacaq” deməsi neçə gündür ki, insanlar arasında təşviş yaradıb.
BUTA.TV xəbər verir ki, ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Bakı da həmin dalğanın üstündədir:
"Bakı da, İran da dalğanın üstündədir. Bu bir nöqtə deyil. Burada filan nöqtədə "zəlzələ olacaq" demək çətindir. Əvvəlcədən heç vaxt danışa, fikir söyləyə bilmərəm. Bunun məsuliyyətini daşımıram. Təsəvvür edin ki, iki nəhəng kütlə baş-başa dayanıb, bir-birini sıxır. Heç kim bilmir ki, bunun hansı qabağa gələcək. Bunun mahiyyətini bilən hər kəs hər sözünün məsuliyyətini daşıyır. Sadəcə olaraq onu deyə bilrərəm ki, narahatlıq yoxdur. Bakıda heç vaxt 8-9 bal gücündə zəlzələ olmayıb, inşallah bundan sonra da olmaz".
Qeyd edək ki, o, Türkiyədə baş verən zəlzələləri təhlil edən zaman paytaxtımızda da zəlzələ baş verə biləcəyini vurğulayıb.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- Şuşa ilə bağlı mühüm təklif: Bu qadağan edilir
- Lisey və gimnaziyalara qəbul başlayır
- Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
- Bakıda kişi dostunu öldürdü
- Bu nazirə yeni müşavir təyin edildi
- Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi
- Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
- İki maşın toqquşdu: ölənlər var - Video