Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Təbriz Qasımov tutularaq istintaqa təqdim edilib. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir ədəd daraq və 24 ədəd patron aşkarlanıb.
Təbriz Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Bakının mərkəzində yolda çökmə: İri çuxur yarandı - Foto
- 19,4 min şəxsə əlillik təyin olundu
- Hansı hallarda daşınmaz əmlak son alıcıdan geri alına bilər?
- Adil Kərimli bu iddiaları rədd etdi
- 18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı - Video
- "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı
- Bakıda mebel sexi bağlandı - Video
- Azovda öldürülənlərin cənazələri ölkəyə gətirildi