Rusiya Prezidenti Vladimir Putinlə söhbətin əsas mövzusu Qarabağda vəziyyətin gərginləşməsi təhlükəsi ilə bağlı olub.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Rusiya Prezidenti ilə dünənki söhbətimiz əsasən Qarabağda vəziyyətin eskalasiya təhlükəsi ilə bağlı olub. Rusiya sülhməramlılarının məsuliyyət zonasında problemlərin olması ilə bağlı məndə olan məlumatları, təəssüratları və fikrimi Putinə çatdırdım”, - o bildirib.
Paşinyan Azərbaycan hərbçilərinin Qarabağda “polis maşınına” (Xankəndidəki separatçı rejimin üzvləri – red.) “hücumundan” sonra sülhməramlıların bazası qarşısında etiraz aksiyasının keçirilməsinə diqqət çəkib və bunu gözlənilməz hadisə adlandırıb:
“Mən narahatlığımı Rusiya Prezidentinə bildirməyi zəruri hesab etdim”.
Jurnalistin Qarabağdakı vəziyyətin nizamlanması ilə bağlı Rusiyanın mövqeyini səsləndirmək xahişinə isə hökumət başçısı cavab verib ki, bu düzgün olmaz, çünki Moskva özü bunu dəfələrlə bildirib.
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...
- Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi...