Dinimizə görə sahura (obaşdanlıq) qalxmaq vacib deyil. Ancaq Ramazanda sahur yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndir.
BUTA.TV xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib.
O bildirib ki, dinimizə görə sahura qalxmaq orucu bərəkətli edir:
“Məhəmməd Peyğəmbər (s) bu barədə “Sahur yeməyini yeyin!” deyə buyurub. Bəzən insanlar sahur etmədən oruc tuturlar. Dinimiz bu əməli bəyənmir. Əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Gəlin özümüzdə sahura qalxmaq vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək”.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub