Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof aşkarlanan zərərvericilərə görə məhv edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Agentlik əməkdaşları Gürcüstandan Elvin 060 MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24 500 kq ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici - kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub