Fransada adı açıqlanmayan qadın pensiya islahatlarını müdafiə edən prezident Emmanuel Makronu təhqir etdiyinə görə saxlanılıb.
BUTA.TV xəbər verir ki, televiziyada çıxış edən dövlət başçısını öz Feysbuk paylaşımında “zibil parçası” adlandıran vətəndaşı 12 min avro məbləğində cərimə gözləyir.
“13:00...biz həmişə televizorda bu natəmizliyi görürük”, - deyə o Feysbuk statusunda yazıb.
Əlli yaşı olan fransız qadın 2018-2019-cu illərdə “sarı jiletlər” etiraz aksiyalarının iştirakçısı olub.
Qeyd edək ki, bu etirazlar Makronun birinci prezidentliyi dövründə onun nüfuzuna ciddi zərbə vurub.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub