Martın 31-də axşam saatlarında Tiflisdə ikinci dəfə həyəcanlı anlar yaşanıb.
BUTA.TV xəbər verir ki, paytaxtın mərkəzində yerləşən “Fabrika Tbilisi-Art Qalereya”da bomba həyəcanı yaşanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin “112” qaynar xəttinə zəng vuran naməlum şəxs art-qalereyada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib.
Mərkəzdə çalışan işçi personal, eləcə də qonaqlar və ziyarətçilər dərhal təxliyə olunublar.
Hazırda polis və istehkamçılar (minaaxtaranlar) hadisə yerindədirlər.
Binanın yerləşdiyi ərazi əhatəyə alınıb və ora heç kim buraxılmır.
Qeyd edək ki, bu hadisədən bu öncə “Ambasador” otelində yanğın olub.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub