Uzun müddətdir teatrdan uzaq düşən Xalq artisti Afaq Bəşirqızı səhnəyə qayıdır.
BUTA.TV olay-a istinadən xəbər verir ki, aktrisa yavaş-yavaş qayıtmaq üçün hazırlıqlara başladığını bildirib:
“Tamaşaçı səhnədə də, efirdə də, ekranda da artıq məni görəcək. Hərdən taleyin gözlənilməz və sərt oyunları olur. Bunları məğlub edəndir qalib. Ola bilər ki, aylarla, illərlər görünməyim. Amma bilirəm ki, tamaşaçıların ürəyində, ağlında varam. Teatrın direktoru Əliqismət Lalayevla görüşdük, danışdıq. Çox güman ki, mayda səhnəyə qayıdacağam.
Bəşir Səfəroğlu bu yolu gedib, onun arxasınca davam etdirirəm. Oğlu olsa, rahat olardım ki, işığını yandıran var. Azərbaycan teatrına və kinosuna istedadlar arzulayıram. Diləyirəm ki, onlar da özlərindən razı olmasınlar. Sən yaratdıqca, başını aşağı sal, tərifləndikcə, sus. Dünyanı dağıtma. Bu olmaz. Sənətkarlıqla hegomonluq bir-birinə uyğunlaşmır. Həyat yoldaşım utancaq insandır. Hamıya bu qürurda, bu mənlikdə həyat yoldaşı arzulayıram”.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub