“Ermənistan” blokundan olan müxalifətçi deputat Mger Saakyan və hakim “Vətəndaş sazişi” Partiyasından olan deputat Vladimir Vardanyan arasında baş verən əlbəyaxa davanın görüntüləri yayılıb.
BUTA.TV Bakutv-yə istinadən xəbər verir ki, insident parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının qapalı iclasında baş verib.
Məlumata görə, Saakyan Vardanyandan səsini yüksəltməməsini tələb edib. “Kimə istəsəm qışqıraram, nə istəsəm, onu da edərəm”, - deyə Vardanyan cavab verib.
Nəticədə hər iki deputat yerlərindən sıçrayaraq bir-birilərinin üzərlərinə atılıblar və zərbələr endirməyə başlayıblar.
Hadisə yerinə dərhal polis gəlib və Saakyan dindirilmək üçün polis idarəsinə aparılıb.
Vardanyan bədən xəsarətləri alıb və xəstəxanaya göndərilib.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub