ABŞ Prezidenti Co Bayden növbəti dəfə çıxışı zamanı çaşqınlığa yol verib.
BUTA.TV xəbər verir ki, Bayden qasırğadan zərər çəkmiş Missisipi ştatını ziyarət edərkən şəhərin adını qarışdırıb.
"Biz diqqətimizi sizin yatmaq və yemək üçün yerinizin olduğundan əmin olmağa yönəltmişik. Biz Rollinq Stounda həyatınızı yenidən qurmağa kömək edəcəyik", - deyə dövlət başçısı zərərçəkənlərə müraciət edib.
Bundan dərhal sonra sakinlər onun səhvinə işarə ediblər.
"Mən nə dedim? Rollinq Fork - mən isə Rollinq Stoun dedim. Düşüncə prosesi gedir", - prezident deyib.
Qeyd edək ki, Bayden dəfələrlə ölkələrin, şəhərlərin, siyasi liderlərin adlarını qarışdırıb.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub