44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova son günlər sosial şəbəkələrdə şəhidlərin səsi ilə bağlı yayılan videolara münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Azərbaycan xalqına müraciət edən şəhid anası bu cür addımların doğru olmadığını deyib:
"Xalqımızdan xahiş edirəm ki, belə videolar qarşılarına çıxdığı zaman onlara etirazlarını bildirsinlər. Burada bizim şəhid balalarımızı başqa səslərlə danışdırıb özləri haqqında məlumat verirlər. Yəni İnstaqram və Tik-tok səhifələrində izləyici yığmaq üçün bunu etmək heç cür uyğun iş deyil. Belə paylaşımlar edib, anaları incitmək lazım deyil".
- Bu ərazilərdə qaz olmayacaq
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş