Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.
BUTA.TV Operativ Media-ya istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb. Globalinfo.az isə özəl mənbələrdən əldə etdiyi məlumatı paylaşıb. Bildirilib ki, millət vəkilinə sui-qəsdi həyata keçirən şəxs iki gün öncə saxlanılıb. Bunun ictimailəşməməsinin səbəbi sırf əməliyyat hərəkəti ilə bağlı olub. Deyilənə görə, saxlanılan bir neçə nəfərdir. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu deyilir.
***
Bakının bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir. Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə BUTA.TV-yə bildirilib ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTK və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Əlavə məlumat veriləcəkdir.
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik