Salyan rayonunda yanğın zamanı yanıq xəsarətləri alan iki qardaşdan biri ölüb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Həsənli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini İsmayılov Amilə məxsus fərdi yaşayış evi anidən alovlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub və yanğın söndürülüb.
Ağır yanıq xəsarətləri alan 2018-ci il təvəllüdlü İ. N. hadisə yerində ölüb. 2013-cü il təvəllüdlü İ. İ. müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olan İ. İ. Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi