Sosial şəbəkələrdə və xəbər saytlarında Goranboy rayon Meşəli kəndi ərazisində baş verilmiş oğurluq hadisələrinin araşdırılmaması və yaxud da cinayəti törətmiş şəxs və şəxslərin himayə olunması ilə bağlı iddialar həqiqətə uyğun deyil.
Bu sözləri BUTA.TV-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib.
“Məlumat üçün qeyd edim ki, həmin sakinlər 2019-2023-ci illərin müxtəlif vaxtlarında Xocal Rayon Polis Şöbəsinə müraciət edərək, özlərinə məxsus mal-qara, at və digər heyvanların itməsi və ya oğurlanması barədə məlumat veriblər. Hər bir sakinin müraciəti qeydə alınaraq heyvanların tapılması, oğurluq cinayətidirsə, şübhəli şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”, - o bildirib.
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik