İranda bəhailərə qarşı davam edən təzyiqlərin növbəti mərhələsində onların özlərinə məxsus qəbiristanlıqda ölülərini dəfn etməyə icazə verilməməsi hüquq pozuntusunun son həddidir.
BUTA.TV xəbər verir ki, bunu mərkəzi qərargahı Nyu York şəhərində yerləşən Beynəlxalq Bəhai İcması yaydığı bəyanatda bildirib.
Qeyd edək ki, son günlər bəhailərin ölülərinin dəfn olunmasına icazə verilməyib və hökumət məmurları dünyasını dəyişən bəhailəri ailələrinin icazəsi olmadan naməlum yerlərdə dəfn etdiriblər.
Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.
- Bu ərazilərdə qaz olmayacaq
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş