Bu gün Ukrayna Rusiya əsirliyində olan daha 12 vətəndaşını geri qaytarıb. Onların arasında 10 hərbçi və 2 mülki vətəndaş var.
BUTA.TV xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
“On müdafiəçi əsgər və çavuş heyətinə aiddir. Onlar xüsusən, Baxmut, Donetsk vilayətinin Opıtnoe və Orexovo-Vasilyevka kəndləri, Luqansk vilayətinin Kremennaya və Krasnopopovka yaşayış məntəqələrinin yaxınlığında gedən döyüşlərdə əsir götürülüb”, - məlumatda bildirilib.
Qeyd edək ki, genişmiqyaslı işğalın başlanmasından sonra artıq 2005 ukraynalı əsirlikdən azad edilib.
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu