Bu gün Şamaxı, Xızı və Qobustan rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” Magistral Qaz Kəmərinin daxili səthinin təmizlənməsi ilə bağlı, aprelin 4-də, saat 09:00-dan işlər başa çatanadək “Altıağac 1-ci xətt”, “Cənnət Bağı”, “Hacılı əhali” və “Xilmilli kəndi” ölçü qovşaqlarından, həmçinin saat 12:00-dan işlər başa çatanadək “Şamaxı”, “Mədrəsə” və “Çuxuryurd” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Şamaxı rayonu tam olaraq, Xızı və Qobustan rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu