Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən bildirilib.
"Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar", - məlumatda qeyd edilib.
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimizin olduğunu qeyd edib.
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu