Lerik rayonunda aprelin 3-də itkin düşən 1995-ci il təvəllüdlü Ümid Əliməmməd oğlu Hüseynovun meyiti dərədə tapılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Almu kəndində baş verib.
28 yaşlı gəncin meyiti ailələrinə məxsus pay torpağın yaxınlığındakı dərədə, su arxından aşkarlanıb.
Yaxınları bildirib ki, Ü.Hüseynov aprelin 3-də ot sahəsinə baxmağa gedib, lakin geri qayıtmayıb.
Ailə üzvləri onun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Xidməti”nə məlumat veriblər.
Ü.Hüseynovun su arxına düşərək boğulduğu ehtimal olunsa da, ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu