NATO Putinin nüvə təhdidlərinə və Belarus ərazisində nüvə silahının yerləşdirilməsinə etinasız yanaşmamalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov deyib.
“Mən tam əminəm ki, Putin indi Belarusda nüvə silahı yerləşdirməklə dünyanı şantaj edir. Unutmaq olmaz ki, 2014-cü ildə Rusiya 298 nəfərin olduğu MH-17 sərnişin təyyarəsini vurub. Təyyarədə alyansa üzv ölkələrin vətəndaşları var idi, lakin NATO buna göz yumdu. Vəziyyət təkrarlana bilər. NATO ölkələrinin ərazisinə zərbə endirmək üçün Belarus ərazisində nüvə silahının olması çox da vacib deyil. Çünki bu gün Rusiyanın ərazisindən istənilən NATO ölkəsinə nüvə başlığı olan raketlə hücum etmək mümkündür. Bu, Putinin müəyyən hadisələrdən əvvəl istifadə etdiyi nüvə əzələlərinin oyunudur".
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto
- Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir