Yeni Günəşlidə qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb.
Bu barədə BUTA.TV-a Suraxanı rayon prokurorluğundan bildirilib.
Aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərdən birində 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1984-cü il təvəllüdlü Samir Kərimov və 1979-cu il təvəllüdlü Sevda Kərimova tərəfindən küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Kərimov və arvadı Sevda Kərimova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto
- Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video