Təəssüf edirəm ki, bu qərarla ölkə sanksiyaya məruz qalan digər ölkələrin siyahısına daxil edilib. Bu, Gürcüstanın avropalı tərəfdaşlarından ən vacib qərarı - namizəd statusunun (AB üzvlüyünə dair - red.) verilməsini gözlədiyi anda baş verib.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Prezidenti Salome Zurabişvili çıxış edib.
"ABŞ-ın qərarının Avropada mənfi siqnal kimi qəbul ediləcəyindən ehtiyat edirəm”, - Zurabişvili deyib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstanın dörd hakiminin məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi vəzifələrindən sui-istifadə edərək korrupsiya əməllərində iştirak etdiklərini, bununla da Gürcüstanın qanunun aliliyinə və məhkəmə sisteminə ictimai etimadı zədələdiklərini açıqlayıb və viza məhdudiyyəti tətbiq etməklə onlara qarşı sanksiya tətbiq edildiyini bəyan edib.
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto