Kanadanın BMT-dəki daimi nümayəndəsinin hərbi müxbir Vladlen Tatarskinin ölümü ilə bağlı verdiyi açıqlamalarla əlaqədar Kanada səfirinin müşaviri Brayan Ebel Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Ebelə XİN-də Rusiya hökumətinin kəskin etirazı bildirilib.
"Vurğulanır ki, yüksək rütbəli kanadalı diplomatın çoxsaylı qurbanlarla müşayiət olunan vəhşicəsinə qətl hadisəsi ilə bağlı tutduğu mövqe Rusiyaya və onun vətəndaşlarına qarşı, o cümlədən terror xarakterli cinayətlər törədilməsi Kanadada qızışmış rusofobiyanın növbəti təzahürünə çevrilib", - XİN-in məlumatında deyilib.
Qeyd edək ki, Kanadanın BMT-dəki daimi nümayəndəsi Robert Reyin faktiki olaraq müharibə müxbiri Vladlen Tatarskinin ölümünü dəstəkləyən bəyanatlar verib.
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı