Aprelin 7-də İtaliya A seriyasında 29-cu turun oyunlarına start verilib.
BUTA.TV xəbər verir ki, günün ilk matçında “İnter” səfərdə “Salernitana”nın qonağı olub. Matç 1:1 hesabı ilə sona çatıb. “Neradzurri”nin heyətində Qozens, meydan sahiblərindən isə sabiq “İnter”li Kandreva fərqləniblər.
Bu heç-heçə ilə xallarının sayını 51-ə çatdıran “İnter” dördüncü pillədə qərarlaşıb. “Salernitana” isə 29 xalla 15-cidir.
Günün ikinci matçında lider “Napoli” səfərdə “Leççe”nin qonağı olub. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları Di Lorentso (“Napoli”), Di Françesko (“Leççe”) və Qallo (“Leççe” öz qapısına) vurublar. Bu qələbə sayəsində xallarının sayını 74-ə çatdıran Maradonanın “həmşəhərliləri” ikinci pillədə qərarlaşan “Latsio”nu 19 xal qabaqlayır.
Ötən günün son matçında isə daha bir Milan təmsilçisi xal itirib. Bu dəfə son çempion “Milan” evdə büdrəyib. “Rossonyerlər” “San Siro” stadionunda “Empoli”nin müqavimətini qıra bilməyiblər – 0:0. Hesabında 52 xal olan “Milan” üçüncü pillədə yer alıb. “Empoli” isə 32 xalla 14-cüdür.
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla