Putin komandanlığa Pasxa bayramına qədər, yəni aprelin 16-dək Baxmutla məsələni bitirməyi tapşırıb.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, Rusiya şəhərə yeni desant qüvvələri göndərməyə məcbur olub. Hətta ruslar Kremennoy ətrafındakı qüvvələri də Baxmuta göndəriblər.
“Təbii ki, Priqojin bu vəziyyətdən razı deyil, amma o, ənənəvi olaraq Baxmutda hər şeyin “Vaqner” tərəfindən edildiyini elan edəcək. Düzdür, Priqojin ötən ilin dekabrından praktiki olaraq heç nə edə bilmir. Hətta Putinə Yeni ilə kimi Baxmutu götürəcəyinə söz vermişdi”, - Kovalenko bildirib.
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla