Qədr gecələrinin özünə məxsus əməlləri var.
BUTA.TV deyerler.org-a istinadən bildirir ki, onlardan biri də Qədr gecəsinin namazıdır. Qədr gecəsində qılınan namazın böyük savabı vardır. Onun qılınma vaxtı xiftən (işa) namazı ilə sübh namazı arasındadır. Qədr gecəsinin namazının qaydası isə belədir:
1) Niyyət "Qədr gecəsinin namazını qılıram qürbətən iləllah".
2) Sübh namazı kimi iki rükətlidir. Lakin hər rükətində həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır.
3) Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" zikri deyilir.
İmam Sadiq (ə) buyurur:
"Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar".
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla