Pakistanın Bəlucistan vilayətinin paytaxtı Kvetta şəhərində güclü partlayış olub.
BUTA.TV xəbər verir ki, Qəndahari bazarı ərazisində ilkin ehtimala görə 3-4 kiloqram partlayıcı qurğu yerləşdirilmiş motosiklet partlayıb. Nəticədə polis avtomobili da daxil olmaqla 2 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri cəlb olunub.
Partlayış nəticəsində 4 nəfər ölüb, 20-si yaralanıb.
Səhiyyə qurumlarının rəsmiləri xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olmasını nəzərə alaraq, ölü sayının çoxalacağını istisna etmir.
Pakistanın Baş naziri Şahbaz Şərif ölümlə nəticələnən hücumu pisləyərək, terrorçuların məkrli planlarının puç olacağını bildirib. Qadağan edilmiş Bəluc Azadlıq Ordusu məsuliyyəti üzərinə götürüb.
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video